İki ailənin üzvləri göbələkdən zəhərləndibackend

İki ailənin üzvləri göbələkdən zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda iki ailənin üzvləri göbələkdən zəhərlənib.

NOCOMMENT.az xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri – 1966-cı il təvəllüdlü Məlik Şıxamirov, onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Pəri Şıxamirova, ailənin gəlini, 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və onun qızı, 2005-ci il təvəllüdlü Mehri Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.

Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.
APA