İki ailənin yaşadığı ev yandı: Yaralı varbackend

İki ailənin yaşadığı ev yandı: Yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda iki ailənin yaşadığı evdə yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən birmərtəbəli evlərdən sahəsi 60 m² olan evin və bitişik, sahəsi 140 m² olan digər evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.