İki ayda 100-ə yaxın bağça müdiri işdən çıxarılıbbackend

İki ayda 100-ə yaxın bağça müdiri işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyun və iyul aylarında, təxminən, 100-ə yaxın bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, nəzarət tədbirləri bundan sonra da davam edəcək.