İki aylıq qızını satan ana saxlanıldıbackend

İki aylıq qızını satan ana saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkovda iki aylıq qızını 20 min dollara satan 22 yaşlı qadın saxlanılıb. 

NOCOMMENT.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, 2024-cü il dekabrın 1-də Xarkov sakini qız övladı dünyaya gətirib. Artıq növbəti ilin yanvarında qadın uşağı tanışına satmaq qərarına gəlib və onunla görüş təşkil edib. Şübhəli iki aylıq qızı üçün 20 min dollar qiymət açıqlayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ona təcili olaraq öz ehtiyacları üçün pul lazım olduğundan uşağı satmaq qərarına gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını uşağı təhvil verərkən və razılaşdırılmış məbləği alarkən saxlayıblar. Hazırda şübhəli şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.\\Lent.az