Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.
NOCOMMENT.az bildirir ki, bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.
Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı otarırmışlar.