İki bacı koronavirus sayəsində bir-birlərini 50 il sonra tapdılarbackend

İki bacı koronavirus sayəsində bir-birlərini 50 il sonra tapdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nebraska əyalətindəki iki bacı koronavirus sayəsində 50 il sonra yenidən qovuşdu.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, 73 yaşlı Doris Krippen xəstəxanada 1 ay koronavirusdan müalicə olunub. O, bundan sonra Fremontdakı bərpa mərkəzinə müraciət edib.

Məlum olub ki, Doris Krippenin 53 yaşlı bacısı Bev Boro 20 ildən çoxdur ki, bərpa mərkəzində işləyir. Boro xəstə siyahısında Krippenin adını görəndən sonra onun bacısı olduğunu təxmin edib.

“Mən buna inana bilmədim. Mən düşündüm – İlahi, mənə ele gəlir ki, bu mənim bacımdır”, – Boro deyib.

Krippenin eşitməsi çətin olduğundan Boro lövhədə atalarının adını yazıb və Krippen də onun qızı olduğunu təsdiqləyib.

Bacıların atası eyni şəxs olsa da, anaları ayrıdır. Krippen ailədə tərbiyə olunub, amma 6 aylıq Boronu övladlığa veriblər.

Məlumata görə qadınların başqa qardaş-bacıları da var, indi onlar yenidən birləşə bilərlər.