İki dövlət qurumu arasında qalmaqal – Azərsu məhkəməyə verildibackend

İki dövlət qurumu arasında qalmaqalAzərsu məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda iki dövlət qurumu arasında qalmaqal yaranıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) aralarındakı problem məhkəməyə qədər uzanıb.

Şəhər Təsərrüfat Birliyi “Birləşmiş Sukanal” MMC barəsində iddia qaldırıb.

İş Bakı İnzibati Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə məlumat yoxdur.

Göyçaydan gələn xəbərlərdə isə iddia edilir ki, Şəhər Təsərrüfatı Birliyinin “Birləşmiş Sukanal” MMC-ni məhkəməyə verməsinin səbəbi ikincinin fəaliyyətində şəhər təsərrüfatına ziyan verməsi ilə əlaqədardır. İddia olunur ki, su xətlərinin dəyişdirilməsi və yaxud təmiri zamanı qazıntı işlərinin nəticələri aradan qalrılmayıb.

Təfərrüatları öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərə cavab verən olmayıb.