İki güləşçimiz dünya çempionatında finala çıxdıbackend

İki güləşçimiz dünya çempionatında finala çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın iki yunan-Roma güləşçisi Eldəniz Əzizli və Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəliblər.

NOCOMMENT.az xəbər verir ki, 55 kq-da yer alan idmançı yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib.

Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

72 kq-da çıxış edən Ülvi Qənizadə isə yarımfinalda türkiyəli Selçuk Cana 4:3 hesabı ilə qalib gələrək eyni uğura imza atıb.

Ülvi Qənizadə finalda Serbiyanı təmsil edən Ali Arsalanla qarşılaşacaq.