İki il sonra qalıqları tapılan əsgərlərlə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDIbackend

İki il sonra qalıqları tapılan əsgərlərlə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin mart ayında xidmətdə olarkən itkin düşən və iki il sonra qalıqları tapılan əsgərlərin ölümü ilə bağlı açılan cinayət işinin təfərrüatı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, iki əsgərin ölümündə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilən hərbçilərin cinayət işində yeni detallar üzə çıxıb. Məlum olub ki, əsgərlər komandirə siqaret gətirməyə gedərkən itkin düşüb.

Untitled (4).jpg (123 KB)

2003-cü il təvəllüdlü əsgərlər Fərid Məmmədov və Firdovsi Abdullayev 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşmüşdü. Onların meyitlərinin qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

Rəsmi məlumatda onların Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşdüyü, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən öldükləri bildirilir.

Untitled (2).jpg (170 KB)

Hadisə ilə bağlı iki hərbçi məsuliyyətə cəlb edilib. İşi üzrə Təbriz Babayev tabeliyində olan şəxsə zor tətbiq etməkdə, işgəncə verməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Digər hərbçi Taleh Həməşəyev isə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşmamaqda ittiham edilir.

Təbriz Babayev və Taleh Həməşəyev onlara elan olunmuş maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum ediliblər. Məhkəmənin hökmü ilə Təbriz Babayev 8 il azadlıqdan məhrum edilib. Taleh Həmşəyev barəsində isə şərti cəza təyin edilib.

Untitled (3).jpg (15 KB)

Müəyyən edilib ki, Təbriz Babayev komandir olaraq öz vəzifəsindən sui-istifadə edərək qarlı, çovğunlu havada əsgərləri ona siqaret gətirmələri üçün digər döyüş mövqeyinə göndərib. Bu zaman onların təhlükəsizliyi təmin edilməyib, ərzaqla və ya digər vasitələrlə təmin edilməyiblər. Həmçinin istintaq zamanı Təbriz Babayevin tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etdiyi, onlara işgəncə verdiyi də müəyyən edilib.

Taleh Həmşəyev isə əsgərlərin siqaret gətirməyə getdiyi digər döyüş mövqeyinin komandiri olub. Taleh Həmşəyevə ona görə ittiham verilib ki, əlverişsiz hava şəraitində onun yanına siqaret götürməyə gələn əsgərləri geri göndərib. Belə ki, o, həmin hava şəraitinə görə əsgərləri geri göndərməməli imiş. Lakin Həmşəyev deyib ki, o, özündən yüksək rütbəli olan Babayevin əmrini icra edib.

Hər iki hərbçi əməllərindən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, Taleh Həmşəyev ikinci Qarabağ müharibəsindəki xidmətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azadolunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.\\Musavat.com