İki məşhur obyekt reklama görə cərimələndi – FOTObackend

İki məşhur obyekt reklama görə cərimələndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki məşhur obyekt üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirdiyinə görə cərimələnib.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, “Kafe Bakı” adlı restoran və “Coco Laser” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilib.

Hər iki obyekt sahibinə ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə, hər iki obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilib.