İkiotaqlı mənzil vəd edib, birini verdilər. Hadisə paytaxt sakini 67 yaşlı Nərgiz Paşanın başına gəlib.
NOCOMMENT.az xəbər verir ki, qaynar xəttə müraciət edən qadının iddiasına görə, onun Nəsimi rayonu Ruhulla Axundov küçəsi 15 ünvanındakı evi 2021-ci ildə gerçəkləşdirilən pilot layihə çərçivəsində sökülüb.
Xezerxeber.az-ın xəbərinə görə, Nərgiz Paşa iddia edir ki, “Maşınqayıran” MTK tərəfindən inşa olunan 16 mərtəbəli binanın 4 -cü mərtəbəsində ona əvvəlki evin ölçüsünə uyğun iki otaqlı mənzil söz verilsə də, gözlənilənin əksi olub.
Nərgiz Paşa iddia edir ki, verilən vədlə ona təqdim olunan mənzərə arasındakı fərqlə bağlı “Maşınqayıran” MTK-ya müraciət edib. Tikinti şirkətindən ona daxili layihədə edilən dəyişik əsasında bu addımın atdığı deyilib. Amma, vətəndaşa dəyişikliklə bağlı heç bir məlumat verilməyib. Bundan sonra Nərgiz Paşa nə az nə, çox düz 9 ay müvafiq qurumlara müraciət edib və Nəsimi rayon İcra Hakimiyyətinin müdaxiləsindən sonra onun şikayəti təmin olunub. Amma bu dəfə də başqa çatışmazlıqlar ortaya çıxıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













