İki qadını şantaj edən şəxs saxlanıldıbackend

İki qadını şantaj edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkidə qadınların şəkillərini paylaşacağı ilə hədələyərək pul tələb edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan 2 qadın onların ailə fotoşəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək pul tələb olunmasını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Teyyubov saxlanılıb.

Araşdırma aparılır.