İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildibackend

İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq şəhər və rayonların siyahısından Siyəzən və Şəki rayonları çıxarılıb.

NOCOMMENT xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 5-dən sonra qeyd olunan rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Yeni qərarla siyahıya Salyan rayonu yenidən daxil edilib.

Beləliklə, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.