İki rus əsgəri azadlıqdan məhrum edilibbackend

İki rus əsgəri azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin sentyabrında elan edilən qismən səfərbərlikdən sonra hərbi xidmətə çağırılan, lakin Ukraynada döyüşməkdən imtina edən iki rus əsgərinin hər biri üç il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT xəbər verir ki, iki əsgər – Yuri Deqtyarev və Aleksey Selivanov Belqorodda hərbi hissənin əmrini yerinə yetirməkdən imtina etdikdən sonra saxlanılıb.

Sosial mediada iki əsgərin digər əsgərlərin qarşısında tərs qandal taxılaraq saxlanıldığı görüntülər minlərlə dəfə paylaşılıb.

Bildirilib ki, Deqtyarev və Selivanov qismən səfərbərlik qərarından sonra hərbi xidmətə yararlı olduqları müəyyən edilib və hərbi xidmətə götürülüblər, lakin noyabr ayında komandirlərinin silah və güllə götürərək əməliyyata başlamaq əmrini yerinə yetirməyiblər. Hərbi prokurorluq iddia edib ki, iki əsgər əvvəlcə əmrdən şifahi imtina edib, sonra isə protokol doldurublar.

Əsgərlər bildiriblər ki, əməliyyat əmrindən sonra onların komandiri missiyaya qoşulmaq istəməyən hərbçilərin olub-olmadığını soruşub.

Məhkəmə-hərbi istintaqdan sonra belə qənaətə gəlinib ki, Deqtyarev və Selivanov ordunun mənafeyinə zərər vurub, hərbi intizam və səlahiyyətləri pozub, digər hərbi qulluqçuların iş yükünü artırıblar. Əmrə tabe olmadıqları üçün mühakimə olunan iki əsgərin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, əsgərlərdən birinin apelyasiya şikayəti də məhkəmə tərəfindən təmin edilməyib.