İki uşaq qidadan zəhərlənib: Biri ölübbackend

İki uşaq qidadan zəhərlənib: Biri ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida zəhərlənməsi şübhəsi ilə Bakıdakı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətiriliblər.

Qeyd olunub ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F. saat 13:08-də vəfat edib: “Digəri 2013-cü il təvəllüdlü M.F. reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır. Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər”.