İki yeniyetmə dəm qazından zəhərləndibackend

İki yeniyetmə dəm qazından zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda iki yeniyetmə dəm qazından zəhərlənib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü T.Nuriyeva və 2010-cu il təvəllüdlü M.Qasımova dəm qazından zəhərləniblər.

Onlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Report