“İkinci dalğada insanlar evlərinə çörək apara bilməz” – Professordan XƏBƏRDARLIQbackend

“İkinci dalğada insanlar evlərinə çörək apara bilməz” – Professordan XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli həkim, professor Zafer Cantürk pandemiyanın ikinci dalğasına hazırlıqlı olmağı, bunun birinci qədər təhlükəli olacağını bildirib.

NOCOMMENT.az medicina.az-a istinadən bildirir ki, baş həkim Zafer Cantürk bütün dünyada yeni bir dalğalanmanın olduğunu qeyd edib: “Doğurdan da çox ciddi bir problemlə qarşı-qarşıyayıq. Bütün dünyanı çətinə salan bir haldır”.

“Yoluxma və ölmə sayıları artacaq”

İkinci dalğanın birinci qədər təhlükəli olduğunu deyən həkim “Nəticə etibarı ilə birinci dalğaya nisbətən daha hazırlıqlıyıq. Amma bu ikinci dalğanın daha asan keçəcəyi demək deyil. İnsanlar belə düşünməsinlər. İkinci dalğa birinci qədər təhlükəlidir. Əgər qaydalara uymayıb, ictimai yerlərdə maskadan istifadə etməsəniz, sosial məsafəni qorumasanız ölənlərin və yoluxanların sayı artacaq. Qaydalara uymayan insanlar həqiqətən də Covid-19-a yoluxmuş, nəfəs darlığı, kürək ağrısı, həmçinin öskürən xəstənin çəkdiyi sıxıntıları görməlidirlər. Onu gördüyü zaman inanın, başını qapıdan əsla çıxarmaz. Biz bunları gördük, yaşayan çox yaxın dostlarımız da oldu”, – deyə əlavə edib.

“Vətəndaşlar qaydalara əməl etməlidirlər”

Z.Cantürk qeyd edib ki, insanlar ikinci dalğanın birinci dalğadan daha asan idarə ediləcəyinə aldanmasınlar, qaydalara əməl etsinlər: “Yoxsa, işlər daha da pisə gedəcək. Ölən sayı daha da artacaq. Çölə çıxma qadağası başlayar, fabriklər bağlanar, iş dünyası batar. İnsanlar evinə çörək apara bilməz. O nöqtəyə gəlməmək üçün ən kiçik tədbirlərə belə riayət edilməlidir”.