İkinci mərhələ üzrə peyvəndlənənlərin sayı 4 milyonu ötdübackend

İkinci mərhələ üzrə peyvəndlənənlərin sayı 4 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45948 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13019, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32929 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8841520, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4837342, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4004178 təşkil edir.