İkisi uşaq olmaqla 31 miqrantın meyiti tapıldıbackend

İkisi uşaq olmaqla 31 miqrantın meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunis rəsmiləri ölkənin bəzi sahilyanı ərazilərində 31 qeyri-qanuni miqrantın cəsədinin tapıldığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, rəmilər açıqlamalarında sözügedən cəsədlərin ilkin təsbitlərə görə Afrika ölkələrindən gəldiyi düşünülən qeyri-qanuni miqrantlara aid olduğunu qeyd edib.

Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cəbablı verdiyi yazılı açıqlamada, ikisi uşaq olmaqla, 30 qeyri-qanuni miqrantın cəsədinin ölkənin cənubundakı Şafaks şəhəri və şərqindəki Mehdiyə şəhəri sahillərində tapıldığını bildirib.

Cəbablı Tunisin cənub-şərqindəki Qabes şəhəri sahillərində də daha bir qeyri-qanuni miqrantın cəsədinin tapıldığını əlavə edib.

NOCOMMENT.AZ