Soçidə kanalizasiya kollektorunda qadın meyiti tapılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Meyitin kimliyi də bəlli olub. Meyit Rusiyada ən böyük dodaqların sahibi kimi Ginnesin Rekordlar Kitabına düşən Kristina Reyə məxsus imiş. Blogger kimi fəaliyyət göstərən Rey oktyabrın 9-dan bəri itkin düşübmüş.
Onun hansı səbəbdən ölməsi açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.\\Unikal