İlahiyyatçı Hacı Salman Kamiloğlu həbs olunub – YENİLƏNİBbackend

İlahiyyatçı Hacı Salman Kamiloğlu həbs olunub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etmək) ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

***

10.14

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində cinayət işi başlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etmək) maddəsi üzrə ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

Qeyd olunur ki, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.