İlahiyyatçıdan Elşad Miriyə sual: Səni necə dəfn edib basdıracaqlar? – VİDEObackend

İlahiyyatçıdan Elşad Miriyə sual: Səni necə dəfn edib basdıracaqlar? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Elşad Miri videolarının birində qeyd edir ki, “Qurani – Kərimdə ölən şəxsin dəfn olunması ilə bağlı bircə dənə də olsun ayə yoxdur.”

Əlbəttə bu onun öz şəxsi fikri olmaqla yanaşı, Qurana da zidd bir sözdür. Çünki, Quranda ölən şəxsin dəfn olunması bağlı kifayət qədər ayələr mövcuddur.

Ölən şəxsin dəfn olunması Quran və sünnə ilə təsbit olunmuşdur. Allah buyurur: “Məgər Biz yeri məskən etmədikmi Həm dirilərə, həm də ölülərə?!” (Al-Mursələt, 25-26) Başqa bir ayədə isə belə buyurur: “Sonra onu öldürüb qəbrə qoydu.” (Əbəsə,21)

Yəni dəfn etdi. Meyidin dəfn olunması bütün təfərrüatı ilə hədislərdə qeyd olunur.

Bildiyimiz kimi, Cənazədə iştirak etmək və onu qəbrə kimi müşayət etmək “Səhih” kitablarda qeyd olunduğu kimi bəyənilən bir əməldir.

İlahiyyatçı Kamal Hüseyn bu günlərdə “Qurani – Kərimdə ölən şəxsin dəfn olunması ilə bağlı bircə dənə də olsun ayə yoxdur” -cəmiyyətdə birmənalı qarşılanmayan açıqlamalarla gündəmə gələn ilahiyyatçı Elşad Miriyə sual ünvanlayıb.

NOCOMMENT.az həmin video-sualı oxucularına təqdim edir: