İlan sancan şəxslərin sayı AÇIQLANDIbackend

İlan sancan şəxslərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avqust ayında 16 nəfər ilanın sancması ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib”.

NOCOMMENT xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

Onun sözlərinə görə, təcili yardımla gətirilən həmin xəstələrdən ikisi uşaq olub: “Hər biri müayinə olunub, analizlər götürülüb və onlara zərdab vurulub”.

Toksikoloq NOCOMMENT-ə açıqlamasında bildirib ki, keçən ilə nisbətən ilanc sancmalarının sayı azalıb.

O, ilanc sancması zamanı ilk tibbi yardımla bağlı xüsusi qeyd edib ki, hər kəsin doğru bildiyi yanlış müdaxilələr var: “İlan sancması zamanı zədələnən hissəni ilk olaraq hərəkətsiz vəziyyətdə saxlamaq, mümkündürsə üzərinə yod vurmaq və ya buz qoymaq lazımdır. Bundan sonra zərərçəkən zərdab vurulması üçün ən yaxın tibbi mərkəzə aparılmalıdır. Yaranı bağlamaq, çərtmək qətiyyən olmaz. Bu cür müdaxilələr fəsadlara səbəb ola bilər”.