İldə yalnız 90 gün – Rusiya miqrantlar üçün şərtləri sərtləşdirirbackend

İldə yalnız 90 gün – Rusiya miqrantlar üçün şərtləri sərtləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Miqrantların Rusiyada qalmaq şərtləri sərtləşdirilə bilərlər. Belə ki, onlar əvvəllər 180 gün ərzində ölkədə 90 günə qədər qala bilirdilər. İndi bu müddətin bir ilə qədər uzadılması planlaşdırılır. Belə ki, istənilən miqrat 1 il ərzində yalnız 90 gün Rusiyada qala bilər.

NOCOMMENT.az “Baza”ya istinadla xəbər verir ki, Rusiya tərəfi miqrantlar üçün “miqrasiya rüsumu” da tətbiq edə bilərlər.

Qeyd olunr ki, hazırda Daxili İşlər Nazirliyi “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” 115-FZ saylı Federal Qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflər üzərində işləyir. Miqrantların Rusiyada vizasız qalması üçün yeni qaydalar müəyyən edilir.

Bundan əlavə, vizasız ölkələrdən gələn miqrantlar üçün rüsumun tətbiqi də nəzərdə tutulur. Hələlik həmin rüsumun məbləği müəyyən edilməyib.
Bakupost.az