İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir – YENİLƏNİBbackend

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir.

***

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.

Prezident İlham Əliyevin Almaniya Kansleri ilə həmin tədbirdə çıxışı gözlənilir.

Xatırladaq ki, dövlət başçısı aprelin 25-də Almaniyaya işgüzar səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti və Almaniyanın xarici işlər naziri ilə görüşü gözlənilir.