İlham Əliyev: Azərbaycan əsgəri onları iti qovan kimi qovurbackend

İlham Əliyev: Azərbaycan əsgəri onları iti qovan kimi qovur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Hesab edirdilər ki, biz bununla barışacağıq. Ancaq biz göstərdik kim kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”.

“Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana “gəl təkbətək vuruşaq, baxaq kim kimdir”. İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər”.