İlham Əliyev: Bizim təklifimiz hələ də cavabsız qalır!backend

İlham Əliyev: Bizim təklifimiz hələ də cavabsız qalır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Dövlət başçısı qeyd edib:

“Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”.