İlham Əliyev: Bu kişini tanıyırsan, Mehriban?backend

İlham Əliyev: Bu kişini tanıyırsan, Mehriban?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov da iştirak edib.

NOCOMMENT.az-ın məlumatına görə, görüş zamanı Həmid Məmmədyarov dövlət başçısı və onun xanımı ilə söhbətləşib:

Prezident İlham Əliyev: Salam, necəsiniz? Bu kişini tanıyırsan, Mehriban?

Birinci xanım Mehriban Əliyeva: Salam, necəsiniz? Şəhriyar Məmmədyarovun atasıdır?

Prezident İlham Əliyev: Şəhriyar Məmmədyarovun atasıdır.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

Prezident İlham Əliyev: Şəhriyar necədir?

Həmid Məmmədyarov: Çox sağ olun. Hər şey gözəldir, sağ olun.

Prezident İlham Əliyev: Sağ ol.
Publika.az