İlham Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyikbackend

İlham Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq biz bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ – aranlı, dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəlində köçürülmüşdü.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Biz etiraz etmirik. Bizim ölkənin başqa yerlərində də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir”, – deyə Prezident vurğulayıb.