İlham Əliyev Egils Levitslə görüşdübackend

İlham Əliyev Egils Levitslə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Latviya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçdi.