İlham Əliyev: O vaxtkı rəhbərlik cəsarət göstərə bilmədibackend

İlham Əliyev: O vaxtkı rəhbərlik cəsarət göstərə bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən əsrin əvvəllərində bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsilə bağlı böyük təhlükə vardı.

NOCOMMENT xəbər verir ki, bunu AzTV vasitəsilə xalqa müraciət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Nəriman Nərimanovun böyük səyləri sayəsində ermənilər buna nail ola bilmədilər: “Bütün bu illər ərzində saxta erməni alimləri, onlara havadarlıq edənlər sübut etməyə çalışırdı ki, Stalin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verib. Açın sənədlərə baxın, belə bir şey yoxdur. Dağlıq Qarabağ vilayət idi, respublika deyildi.

Tarixə baxmaq kifayətdir ki, orada yaşayan ermənilərin encə böyük hüquqlara malik olduğunu görəsiz”.

İlham Əliyev deyib ki, Dağlıq Qarabağda bütün infrastruktur Azərbaycanın dövlət übdcəsi hesbaına yaradılıb: “Sərsəng su anbarı tikilib, Soqovuşan su anbarı tikilib, bunların hamısı Azərbaycan dövlət büdcəsi hesabına həyata keçirilib. Amma Moskvada anti-Azərbaycan meyllərindən istifadə edərək separatizmə başalanıldı. Ermənilər yaxşı başa düşürdü ki, Heydər Əliyevin varlığı onlar üçün maneədir. Ona görə də Azərbaycan əleyhinə kampaniya aparılırdı. Heydər Əlyev vəzifədən gedəndən 2 həftə sonra məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana verilsin. Bundan sonra faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün zəmin yaradıldı. O vaxtkı rəhbərlik cəsarət göstərə bilmədi, Moskavadan nə deyirdilər, başlarını aşağı salıb onu edirdilər. Onların heç birində milli ruh, Azərbaycanlı qanı yox idi. Azərbaycanca düzəməlli danışa bilmirdilər”.