Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Sərəncam imzalayıb.
İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Fikrət Əhmədəli oğlu Əliyev “Şöhrət” ordeni ilə, Dilarə Bağır qızı Seyidzadə və Vaqif Bilas oğlu Şadlinski isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Sərəncama əsasən, Həsən Zal oğlu Həsənova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.