İlham Əliyev Selçuk Bayraktarı “Qarabağ” ordenilə təltif etdi – FOTObackend

İlham Əliyev Selçuk Bayraktarı “Qarabağ” ordenilə təltif etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib.

NOCOMMENT.az xəbər verir ki, Bakıda səfərdə olan Selçuk Bayraktar Prezident İlham Əliyevlə birgə şəklini “Twitter”də paylaşaraq bu sözləri qeyd edib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Qarabağ” ordenini S.Bayraktara təqdim edib.