Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin Düşənbədə keçirilən sammiti çərçivəsində sülhə doğru irəliləyişi müzakirə ediblər.
NOCOMMENT.az Unikal-a istinadla xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev görüşün yekunları üzrə jurnalistlərə məlumat verərkən deyib.
“Yəqin, özünüz gördünüz ki, Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında çox isti söhbət olub və mübahisəli məsələləri deyil, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində irəliləyişin necə olacağına dair məsələləri müzakirə ediblər”, – Lebedev bildirib.