İlham Əliyev yeni səfirləri qəbul etdi – FOTOLARbackend

İlham Əliyev yeni səfirləri qəbul etdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinusun, İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin, Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin və Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.