Prezident İlham Əliyev 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişiklik edib.
NOCOMMENT.az Referans.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemləri 60 % güzəştlə satılacaq.