İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı münasibətləri ən yüksək mərhələyə daşıyacaq – RƏYbackend

İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı münasibətləri ən yüksək mərhələyə daşıyacaq – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfəri iki ölkə arasındakı münasibətləri ən yüksək mərhələyə daşıyacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Deputat Azərbaycan və Çin arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasının hər iki ölkə üçün çox faydalı olacağını bildirib:

“İlham Əliyevin qarşılanmasından başlayaraq strateji münasibətləri formalaşdıran protokolun imzalanması və zəngin səfər proqramı bunu deməyə əsas verir. Hazırda Çin dəyişən dünyada qlobal güclərdən biri kimi çıxış edir. Bu ölkə dünya nizamının formalaşmasında əvəzsiz rol oynayır. Özünün siyasi, iqtisadi, hərbi gücünü artırmaqla son 20 ildə dünyanın ən güclü iqtisadiyyatlarından biri olaraq iqtisadi məsələlərdə aparıcı rol oynaması Azərbaycanın da Çinlə olan münasibətlərində yeni mərhələnin başlamasına əsas yaradır”.

V.İsgəndərovun sözlərinə görə, Çin də Azərbaycanın həm bölgədə, həm də qlobal aləmdə artan nüfuzunu görür:

“Çin yaxşı bilir ki, Orta Dəhliz məsələsinin reallaşmasında Zəngəzur dəhlizi vacib rol oynayır. Son illərdə Azərbaycanın qazandığı uğur və naliyyətləri Çin də yüksək qiymətləndirir. Bunu ÇXR Sədri Si Cinpin də çıxışında bildirib”.

Deputat qeyd edib ki, ümumiyyətlə iki ölkə arasında imzalanan sənədlər, qarşıya qoyulan proqramlar hər iki ölkənin geosiyasi vizyonunda və gələcək fəaliyyətlərində əsas xətti özündə ehtiva edir:

“Bunlara iqtisadi, siyasi və mədəni əlaqələrin yüksək səviyyəyə çatdırılması da aiddir. Hazırda Azərbaycanın ədalətsiz idarədən yayınıb öz milli maraqlarını önə çəkərək inkişaf etməsi, ikitərəfli və çoxtərəfli tərəfdaşlıqlarda aktiv rol oynaması, eləcə də Azərbaycanın yerləşdiyi ərazidən Çin məhsullarının digər ölkələrə daşınmasında Azərbaycanın uyğun mövqedə yerləşməsi Çinin Azərbaycana olan marağını artırır”.

V.İsgəndərov bütün bunların hər iki ölkənin artan nüfuz, sürətli inkişaf və bir-biri üçün əvəzsiz strateji münasibətlərin dostluğa və gələcək müttəfiqliyə çevriləcəyinin anonsu olduğunu vurğulayıb.