İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötürbackend

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – 15 oktyabr 2025-ci il tarixində, İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.

NOCOMMENT.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanaraq ölkə rəhbəri seçilib. Bununla da Azərbaycanın müasir inkişaf tarixində yeni, uğurlu bir mərhələ başlanıb.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini, sabitliyini və dövlətçiliyini qorumağı bacardı. Onun müəyyən etdiyi siyasi xətt sonrakı illərdə ölkənin hərtərəfli tərəqqisinə yol açdı.

Xalq bu yolun davam etdirilməsini istəyərək, 2003-cü ildə keçirilən seçkilərdə İlham Əliyevə 76,8 faiz səs verərək onu Prezident seçdi. Gənc dövlət başçısı vəzifəyə başladığı ilk gündən peşəkar idarəçilik bacarığı, qətiyyətli qərarları və milli maraqlara əsaslanan siyasəti ilə xalqın inamını daha da möhkəmləndirdi.

Prezident İlham Əliyev 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən seçkilərdə də yenidən inamlı qələbə qazanaraq, xalqın dəstəyini bir daha təsdiqlədi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbə qazanıldı.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunub.

Bu uğurlar son 22 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, möhkəmlənən beynəlxalq nüfuzu və torpaqlarımızın azad olunması ilə nəticələnən Qələbə kimi tarixi nailiyyətlərlə müşayiət olunub.

Xalqın İlham Əliyevə verdiyi səs – Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyin və Azərbaycanın gələcəyinə olan inamın ifadəsidir.