İlham Əliyevin seçkidəki rəqibi ondan VƏZİFƏ İSTƏDİbackend

İlham Əliyevin seçkidəki rəqibi ondan VƏZİFƏ İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub. Əvvəlcədən proqnozlaşdırıldığı kimi sürpriz baş vermədi. İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq, növbəti dəfə Azərbaycan prezidenti seçildi.

Hazırda onun rəqiblərinin siyasi taleyi ilə bağlı məsələ ciddi müzakirə mövzusudur. 7 fevral seçkilərində İlham Əliyevə rəqib olmuş şəxslərə etimad göstərilə, onlara hər hansı formada əməkdaşlıq təklif edilə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, bu barədə yenisabah.az-a danışan Fuad Əliyev ona hansısa vəzifə təklif olunsa dəyərləndirəcəyini bildirib:

“Adətən, seçilmiş prezident yeni hökuməti formalaşdıran zaman seçkilərdə iştirak etmiş namizədlərə vəzifələr təklif edir. Dünya təcrübəsində bu cür addımlara tez-tez rast gəlirik. Azərbaycanda bu gün hakim partiya Yeni Azərbaycan Partiyasıdır və demək olar ki, Nazirlər Kabinetini və digər hakimiyyət strukturlarını bu partiya formalaşdırır.

Bununla bağlı bizə hansısa təklif olunsa sözsüz ki, dəyərləndirəcəyik, amma hansı sahəyə aid olması təklifdən asılıdır. Şəxsən Müstəqil Həmkarlar Birliyi olaraq, sosial sahələrlə bağlı yeniliklər təklif etməyi düşünürük. Əgər məndən soruşsalar ki, özünüzü hansı sahələrdə görürsünüz, təhsil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərib, xalqımıza layiqli töhfə verə bilərik”.