İlham Əliyevin tələbə bileti bu universitetdə qorunur – VİDEObackend

İlham Əliyevin tələbə bileti bu universitetdə qorunur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyevin təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda onun diplom işi və tələbə bileti qorunub saxlanılır.

NOCOMMENT xəbər verir ki, bu barədə İTV-nin Moskvadakı xüsusi müxbirinin reportajında bildirilib.

Reportajda göstərilir ki, universitetin Tarix muzeyində ən əsas eksponatlardan biri kimi İlham Əliyevin tələbə bileti saxlanılır. Muzeyin əməkdaşlarının sözlərinə görə, vaxtilə orda İ. Əliyevin qiymət kitabçası da olub. Lakin İ.Əliyev prezident kimi ilk dəfə institutu ziyarət edəndə həmin qiymət kitabçası ona hədiyyə edilib.

2004-cü ilin fevralında Azərbaycan Prezidenti kimi Rusiyaya ilk səfərində İ.Əliyev instituta dəvət olunub. Ona ali təhsil ocağının fəxri doktoru adı verilib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan Prezident İlham Əliyevlə bağlı reportajı təqdim edirik: