İlham Zəkiyev Polad Həşimovun anasını ziyarət etdi – FOTObackend

İlham Zəkiyev Polad Həşimovun anasını ziyarət etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cüdo üzrə ikiqat Paralimpiya oyunları, 2 dəfə Dünya, 7 dəfə Avropa çempionu İlham Zəkiyev general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət edib.

NOCOMMENT.az xəbər verir ki, idmançı bu barədə sosial media hesabında paylaşım edib.

“2020-ci ilin iyul təxribatı zamanı şəhid olmuş generalımız Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdiyində mənə “İlham, generalımız şəhid oldu, amma nə bir kənd, nə bir rayon azad etdik” demişdi. Bu dəfə ziyarət etdiyimdə “Səmayə xala, hər şey elə o gündən başladı” dedim.

Allah ordumuzu, xalqımızı qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”