İlin əvvəlindən ABŞ-da silahlı insidentlərdə 17 737 nəfər ölübbackend

İlin əvvəlindən ABŞ-da silahlı insidentlərdə 17 737 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin əvvəlindən ABŞ-da silahlı zorakılıqlar nəticəsində 17 737 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-da bu gün “Milli Silah Zorakılığı Maarifləndirmə Günü” kimi qeyd olunur və buna görə də ölkədə silah zorakılığı yenidən müzakirə edilir.

Ölkədəki silahlı zorakılıqları arxivləşdirən Silah Zorakılığı Arxivinin (GVA) məlumatına görə, bu il ABŞ-da 268 kütləvi atışma həyata keçirilib.

Son 5 ayda ABŞ-ın müxtəlif bölgələrində baş verən silahlı insidentlər zamanı 17737 nəfər həyatını itirib, 14723 nəfər isə yaralanıb. Qurbanlar arasında 0-11 yaş arası 113 uşaq və 12-17 yaş arası 642 uşaq var. 0-17 yaş arası yaralanan uşaqların sayı isə 1894 olaraq qeyd edilib.

NOCOMMENT.AZ