İlin əvvəlindən bu ölkədə inflyasiya 90%-ə yaxınlaşıbbackend

İlin əvvəlindən bu ölkədə inflyasiya 90%-ə yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulda Argentinada qiymətlər 4% artıb, ilin əvvəlindən isə inflyasiya demək olar ki, 90%-ə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu məlumatı ölkənin Statistika və Siyahıyaalma İnstitutu yayıb.

“İstehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayında 4%, ilin əvvəlindən isə 87% artıb. Ötən ilin iyul ayı ilə müqayisədə artım 263,4% təşkil edib”, deyə deyə idarənin hesabatında qeyd edilir.

Məlumata görə, ən çox qiymət artımı restoran və mehmanxanalarda (+6,5%) müşahidə olunub. Sonrakı yerdə spirtli içkilər və tütün məmulatları (+6,1%), o cümlədən kommunal xidmətlər (+6%) gəlir ki, iyunda əvvəlki ayla müqayisədə artıq 14,3% bahalaşıb. Ərzaq məhsullarının qiymətləri 3,2% artıb.

Yüksək inflyasiyaya baxmayaraq, hökumət qiymət artım tempini aşağı sala bilib. İyul göstəricisi 2022-ci ilin yanvarından bəri ən aşağı göstəricidir. İnflyasiyanın azalması iqtisadi aktivliyin azalması fonunda baş verir: İyun ayında sənaye istehsalının indeksi 1,6% azalıb.

Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ildə qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə isə 50,9% təşkil edib.