İlin ilk böyük meşə yanğını – 4600 hektar ərazi yandıbackend

İlin ilk böyük meşə yanğını – 4600 hektar ərazi yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın şərqində başlayan və 7 gündür davam edən ilin ilk böyük meşə yanğınında 4600 hektar ərazi külə dönüb.

NOCOMMENT xəbər verir ki, İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş verən və 7-ci gününə girən meşə yanğını indiyədək 4600 hektar ərazini yandırıb.

Səlahiyyətlilər, böyük ekoloji ziyana səbəb olan yanğının əhəmiyyətli bir hissəsinin hava şəraitinin yaxşılaşması ilə xüsusilə Castellon tərəfində nəzarət altına alındığını bildirdi.

Martın 23-də Castellonda başlayan və şimala doğru yayılan və 4600 hektar ərazini məhv edən yanğın səbəbindən bölgəyə giriş-çıxışlar hazırda jandarma qüvvələrinin nəzarəti altındadır.