İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək – RƏSMİbackend

İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb.

Təhsil Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

“Dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”, – deyə məlumatda qeyd olunub.