İlk hərrac: Qarabağ atlarından ikisi satıldıbackend

İlk hərrac: Qarabağ atlarından ikisi satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ atlarından ikisi hərracda satılıb.

NOCOMMENT xəbər verir ki, Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılıb.

Hərracda dördyaşar (2018-ci il), erkək cinsli “Sahil” adlı at start qiyməti 5 000 olmaqla hərraca çıxarılıb və 5 500 manata satılıb.

“Sahil” atını Tərtər bölgəsində təsərrüfatla məşğul olan Habil İbrahimov alıb.

“Zilaxar” adlı at isə hərracda 7500 manata satılıb. Beşyaşar (2017-ci il), erkək cinsli “Zilaxar”ın start qiyməti 7000 manat idi.

At təmiz cinsdir, ata adı Ulduz, ana adı Sürməlidir.

“Zilaxar” 55 km/saat sürətlə qaçmaq bacarığına sahibdir ki, bu da onu ən sürətli atlar sırasına salır.

“Zilaxar” atını həvəskar atçı olan sahibkar Orxan Qardaşxanov alıb.