İlkin İzzət “Qızıl Buta” mükafatına layiq görüldübackend

İlkin İzzət “Qızıl Buta” mükafatına layiq görüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dünya Azərbaycanlıları İctimai Maarif (DAİM) Mərkəzinin təşkilatçılığı ilə ənənəvi “Qızıl Buta” mükafatının təqdimetmə mərasimi keçirilib. Qaliblər müxtəlif nominasiyalar üzrə respondentlərin internet üzərindən sorğusu əsasında müəyyən edilib.

NOCOMMENT.az xəbər verir ki, mükafata layiq görülənlər arasında peşəkar jurnalist və ictimai kommunikasiyalar üzrə tanınmış mütəxəssis İlkin Bağırov (İlkin İzzət) da olub.

Nominant bu mükafatı təkcə özünə yox, onunla birgə çalışan insanların hamısına verilən qiymət kimi dəyərləndirib:
“Bu gün uğurlu PR layihələrinin həyata keçirilməsində fəaliyyətimə görə “Qızıl Buta” mükafatına layiq görüldüm. Hesab edirəm ki, bu təkcə İlkin Bağırov olaraq şəxsimə yox, son 2 ildə gecəli-gündüzlü yorulmadan mənimlə çiyin-çiyinə çalışan komandamın üzvlərinə, PR sahəsində fəaliyyətimdə dəstək olanların hər birinin əməyinə verilən qiymətdir.

Bu nominasiyada mənə səs verən, dəyərləndirən bütün respondentlərə, mükafatı təsis və təqdim edən DAİM Mərkəzinə və onun sədri Zaur Mirzə-zadə müəllimə dərin təşəkkürümü bildirirəm!”

Qeyd edək ki, İlkin Bağırovun sayca ikinci “Qızıl Buta”sıdır. İlk dəfə bu mükafata 3 il əvvəl peşəkar jurnalist fəaliyyətinə görə layiq görülüb.

Xatırladaq ki, son 2 ildir jurnalistikadan uzaqlaşan İlkin Bağırov hazırda “Baku Steel Company” MMC-nin İctimai Kommunikasiyalar şöbəsinin rəisidir. Daha əvvəllər isə o, Azərbaycanda 4 böyük şirkətin PR departamentinə rəhbərlik edib.