İlkin mənzil qiymətləri artmağa davam edəcək – AÇIQLAMAbackend

İlkin mənzil qiymətləri artmağa davam edəcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tikinti materiallarının bahalaşması ilkin mənzil bazarında qiymətlərin artmasına səbəb olub.

Bu barədə NOCOMMENT-ə əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə danışıb. Onun sözlərinə görə, tikinti materiallarının və enerji resurslarının qiymətinin artması ilkin mənzil bazarında qiymətin artmasına birbaşa təsir edib.

Ekspert açıqlamasında bildirib ki, hazırda asta templə artan rəqəmlər, sentyabr aylarından sıçrayış edə bilər. Hətta 5.1%-ə qədər artan mənzil qiymətləri payız mövsümündən başlayaraq ikirəqəmli həddə gəlib çatacaq və il sonuna qədər artım davam edəcək.

Qeyd edək ki, banklarda ipoteka üçün vəsaitlər açıldıqdan sonra təkrar mənzil bazarında da artım müşahidə ediləcək.

Nərmin Vüqarqızı