“İlkin tibbi xidmətdə problemlər var” – Səhiyyə komitəsinin sədribackend

“İlkin tibbi xidmətdə problemlər var” – Səhiyyə komitəsinin sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əhaliyə göstərilən ilkin tibbi xidmətlə bağlı problemlər mövcuddur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“Ötən illərdə olduğu kimi növbəti ildə də büdcə sosial yönümlüdür. Növbəti ildə səhiyyə xərclərinin 70.6 faizi İcbari Tibbi Sığortaya yönləndiriləcək. Beləliklə, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 3 milyard manata çatdırılacaq. Bu, əhaliyə daha yaxşı xidmət etməyə imkan yaradacaq. İlkin tibbi xidmətdə problemlər var. Milli Məclisin Səhiyyə komitəsi müvafiq orqanlarla birlikdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçirəcək”,-millət vəkili bildirib.

Ə.Əmiraslanov sonda xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edib.