İllərdir onun yerinə başqası pensiya alırmış – VİDEObackend

İllərdir onun yerinə başqası pensiya alırmış – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb.

NOCOMMENT İTV-yə istinadən xəbər verir ki, Firuzə Əliyeva yaşa görə təqaüd təyin olunması üçün aidiyyəti quruma müraciət etsə də rədd cavabı alıb.

Müəyyən olunub ki, vətəndaşa 17 il əvvəl görmə məhdudiyyəti olduğuna görə təqaüd təyin edilib.

“Mənə dedilər ki, sizə təqaüd düşmür. Dedim, yaşım tamam olub, səbəbi nədir? Dedi ki, siz pensiya alırsınız. Dedim, axı, mən almamışam pensiya, necə ola bilər? Dedi ki, siz 2005-ci ildən əlilliyə görə pensiya alırsınız”, – deyə Firuzə Əliyeva DOST mərkəzinə müraciət edəndə bu cavabı alıb.

Şikayətçi deyir ki, 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan Lerik rayonunda yaşayan qadındır. Amma sistemdə sənədlər Firuzə xanımın adına çıxır.

Ətraflı videomaterialda izləyə bilərsiniz: